Robert Prosineçki "Maribor"u qorxutdu: "Qəbələ"dən ehtiyatlanmaq lazımdı"

12:55 - 17 Avqust 2016

“Qəbələ”nin Azərbaycanda azarkeşləri çoxdu. Ola bilər ki, sizin üçün naməlum komandadır. Amma onlar ötən mövsüm pley-off mərhələsində “Panatinaikos” kimi güclü klubu mübarizədən kənarlaşdırıblar. “Qəbələ”dən ehtiyatlanmaq lazımdır”.

 

Sportal.az xəbər verir ki, bu sözlər millimizin baş məşqçisi Robert Prosineçkiyə məxsusdur. Xorvatiyalı mütəxəssis Sloveniya mətbuatına verdiyi açıqlamada “Qəbələ”nin yaxşı komanda olduğunu bildirib:

 

“Roman Qriqorçuk “Qəbələ”də ağır və nizam-intizamlı müdafiə xətti ilə seçilən gözəl bir komanda yaradıb. Bu komanda “Maribor”a çətinlik yaradacaq. “Qəbələ” ilə qarşılaşmaq heç də asan olmayacaq”.

Xəbər xətti