“Süni ot örtüklü meydanlarda oynamağa alışmamışdım. Məndə alınmırdı. Ayağımda ağrılar yaranırdı. Ona görə də müqaviləni uzatmaq fikrindən daşındım. Onu deyim ki, Bakı çox gözəl şəhər idi. Mehriban kollektivimiz var idi. Hamıdan razı qaldım. Gözəl xatirələrlə klubumdan ayrılmışam”.
Bu sözləri Sportal.az-a açıqlamasında "Zirə"nin sabiq futbolçusu Luis Alberto Diez (Tato) söyləyib. İspaniyalı yarımmüdafiəçi özünə yeni klub tapmadığını bildirib:
“Yeni klub tapmamışam. Fərdi məşqlərlə kifayətlənirəm. Artıq mövsümə start verilib. “Zirə”nin “Neftçi”ni məğlub etdiyini bilirəm. Keçmiş komandama uğurlar azulayıram. İnanıram ki, onlar üçün bu mövsüm də uğurlu alınacaq”.
saytlarin hazirlanmasi