Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turun oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Turun açılış matçında AZAL "Zirə"nin qonağı olacaq. Digər oyunda isə “İnter” "Kəpəz"i qəbul edəcək.
Tura avqustun 21-də keçiriləcək "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq. "Qəbələ" - "Sumqayıt" görüşü isə təxirə salınıb.
19 avqust
Azərbaycan Premyer Liqası, III tur
19:00. “Zirə” – AZAL 3 - 1
QOLLAR: Gerhard Proqni, 38, 85, Elvin Məmmədov, 45 (pen.) - David Canalidze, 67
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu
21:00. “İnter” – “Kəpəz” - 2:2
QOLLAR: Adrian Skarlatake, 25, ruslan Abışov, 89 - Tural Axundov, 28 (pen.), Julien Ebah, 72
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”