"Qəbələ" klubunun yarımmüdafiəçisi Teo Uiks Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Qəbələ" - "Maribor" (3:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyun haqda fikirlərini bölüşərdin…
- Asan oyun olmadı. Qarşılaşma çox ağır keçdi. Erkən qol buraxsaq da, ruhdan düşmədik. 2-ci hissədə daha yaxşı oyun sərgilədik və layiqli qələbə çaldıq.
- Demək olar ki, cütün taleyi həll olunub?
- "Maribor" yaxşı komandadır. Cütün taleyinə cavab matçında aydınlıq gələcək.
- Bu oyunda qol vura bilmədin...
- Mənim üçün fərqi yoxdur. Əsas komandanın uğurudur. Zenyov və Dabo qol vurdu, biz qalib gəldik. Bu, vacib qələbə idi.
- Bu oyunda Rəşad Sadiqov oynamadı. Yoxluğunu hiss etdiniz?
- Sadiqov bizim üçün vacib futbolçudur. O, bizim kapitanımızdır. Oyundan əvvəl bizə ürək-dirək vermişdi. Yoxluğunu hiss etdik. Ümid edirəm ki, cavab matçında bizimlə olacaq.
- Rəqib gözlədiyiniz kimi güclü idi?
- Rəqibimiz çox güclü komandadır. “Maribor”un gücü hamıya məlumdur.
- Cavab matçında əsl Uiksi görə biləcəyikmi?
- Mənim üçün komandanın qalib gəlməsi daha önəmlidir. Səfər qarşılaşmasında əlimdən gələni edəcəm.