Premyer Liqanın 3-cü turunda “Zirə” AZAL-ı 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra “qartallar”ın baş məşqçisi Adil Şükürov oyun haqda fikirlərini bildirib:
Bütün azarkeşlərimizi təbrik edirəm. Evdə ilk qələbəmizi qazandıq. Futbolçular bu gün yaxşı oynadılar. AZAL bu gün daha çox topla oynadı. Bəzi epizodlarda futbolçular tapşırıqlarımı daha dəqiq yerinə yetirdilər və qələbə qazandıq.
- Qarşıda 20-25 günlük fasilə olacaq. Komandanın planları var?
- 1-2 yoxlama oyunu planlaşdırmışıq.
- Sizcə, Anar Nəzirov bu gün zəif deyildi?
- Mən belə deməzdim. Bunu təbii qarşılayıram.
saytlarin hazirlanmasi