Premyer Liqanın 3-cü turunda “Zirə” AZAL-ı 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov oyun haqda fikirlərini bildirib:
“Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə həyəcanlı idik. Müdafiədə buraxdığımız səhvlər öz sözünü dedi. Komandam meydanda əzmkarlıq göstərir, çalışır. Futbolda səhvlər qaçılmazdır. Bunları düzəltmək lazımdır. 2-ci turdan sonra arxayınçılıq var idi. Bu, mənim səhvim idi ki, futbolçulara belə şərait yaratmışdım. David Canalidze artıq qol hesabını açdı.
- İlqar Ələkbərov başına hələ də sarğı bağlayır. Zədəsi ciddidir?
- Başına tikiş qoyulmalı idi. İcazə vermədi. Ona görə də başına sarğı bağlanılır. Ciddi problem yoxdu. Yarası sağalmaq üzrədir.
- Ötən mövsüm ilk 5 turda qələbə qazanmamışdınız. Bu mövsüm həsrət neçə tur davam edəcək?
- Nastradamus deyiləm ki, bunu öncədən deyim. Ötən mövsüm qol belə vura bilməmişdik. Çalışacam ki, komandanı döyüşkən edim. Dəstək olmaq lazımdır.
- Fasilə ərəfəsində planlarınız necədir?
- Çempionata qədər heç yerə getməmişiksə, deməli burda olacağıq. 3 yoxlama matçı keçirmək istəyirik.
saytlarin hazirlanmasi