Proqni: "Ümid edirəm ki, onların yeni qəhrəmanı olacam" MÜSAHİBƏ

13:06 - 20 Avqust 2016

Premyer Liqanın 3-cü turunda "Zirə" - AZAL (2:0) matçından sonra "qartallar"ın heyətində dubl edən albaniyalı yarımmüdafiəçi Gerhard Proqni Sportal.az-a müsahibə verib.

 

- Oyunda 2 qol vurdunuz. Matçın sizin üçün fantastik alınacağına inanırdınız?

- Sözün düzü, özümə inanırdım ki, bu oyunda qalib gələcəyik və mən qol vuracam. Çox xoşbəxtəm ki, komandamda ilk qolumu vurdum. Mən deyərdim ki, bu matçda bütün komandamız fantastik idi.

 

-  Komandaya uyğunlaşmısız?

- Artıq 2 qol da vurdum. Komandaya tam şəkildə uyğunlaşmmışam. 100 faiz hazıram və özümə inanıram. Burada heç bir çətinlik çəkməmişəm. Yaxşı kollektivimiz var.

 

- Siz ilk dəfədir ki, Albaniyadan xaricdə çıxış edirsiniz. Adaptasiya olmaq bu qədər sizə asan oldu?

- Bunun xüsusi bir səbəbi yoxdur. Bu, çox asan oldu. Komandaya uyğunlaşmaqda çətinlik çəkmədim. Komandaya maksimum şəkildə faydalı olmaq istəyirəm.

 

- Nelson Bonilya “Zirə” azarkeşlərinin sevimlisi idi. Demək olar ki, siz artıq “qartallar”ın yeni qəhrəmanısız?

- Ümid edirəm ki, mən onların yeni qəhrəmanı olacam. 3 oyun keçirmişəm və bizi qarşıda uzun marafon gözləyir. Var qüvvəmlə mübarizə aparacam. Onlara həmişə sevinc bəxş etməyə çalışacam.

 

- Azərbaycanda futbol abu-havası necədir?

- Ölkənizdə hər şey məni qane edir. “Zirə” azarkeşləri stadionda yaxşı atmosfer yaradırlar. Bir sözlə, super!

 

- Komanda yoldaşların Migel Lorenso və Milan Duriç süni ot örtüklü meydanda oynamağın çətin olduğunu bildirmişdilər. Bəs, siz çətinlik çəkmirsiz?

- Albaniyada da süni ot örtüklü stadionlar var və mən orda oynamışam. Ona görə də çətinlik çəkmirəm. 

 

Mehman ƏŞRƏFOV

Xəbər xətti