Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutacaq. Günün ilk matçı Şüvəlanda keçiriləcək. Turnir cədvəlinin sonuncu pilləsində olan AZAL 2-ci pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Bu oyun saat 15:30-da başlayacaq.
Turun son oyunu isə Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Meydan sahibi "Zirə" turnir cədvəlinin lideri olan "Qarabağ"ı qəbul edəcək. Bu qarşılaşmanın start fiti isə saat 18:30-da səslənəcək.
15:30. AZAL - "Qəbələ" 1:1
QOL: Nuqzar Kvirtiya, 90 - Tellur Mütəllimov, 51
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“AZAL Arena”
18:30. "Zirə" - "Qarabağ" 0:0
Qırmızı vərəqə: Akim Latifu, 66
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu
saytlarin hazirlanmasi