AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının 23-cü turunun “Zirə” - “Qarabağ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 66-cı dəqiqəsində “Zirə”nin futbolçusu Akim Latifu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 23-cü turunun “Neftçi” - “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 23-cü turunun AZAL - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
saytlarin hazirlanmasi