Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində 5-ci oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, yığmamız qrup lideri olan Almaniya millisini qəbul edəcək.
Cari mövsüm qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar qapısını toxunulmaz saxlamağı da bacarıb.
Aktivindəki 7 xalla Şimali İrlandiya ilə 2-3-cü yerləri bölüşən milli komandamız güclü rəqibinə qarşı layiqli mübarizə aparmağa çalışacaq.
26 mart
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
20:00. Azərbaycan – Almaniya 1 - 4
Qollar: Dmitri Nazarov, 31 - Andre Şürrle 19, 80, Tomas Müller, 35, Mario Qomes, 45
Baş Hakim: Daniele Orsato
Köməkçi hakimlər: Mauro Tonolini, Rikkardo di Fiore
Dördüncü hakim: Marko Quida (hakimlər briqadası İtaliyadandı)
FİFA oyun komissarı: Adrian İksari (Moldova)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
N Komandalar O Q H M T-F X
1 Almaniya 4 4 0 0 16-0 12
2 Şimali İrlandiya 4 2 1 1 8-2 7
3 Azərbaycan 4 2 1 1 2-4 7
4 Çexiya 4 1 2 1 2-4 5
5 Norveç 4 1 0 3 5-7 3
6 San-Marino 4 0 0 4 1-17 0