“CBC Sport”-da efirə gedən “Start” verilişinin dünənki buraxılışında futbolumuzda gündəm yaradan bəzi məlumatların müzakirəsi aparılıb. Sportal.az xəbər verir ki, Səmra Əliyevanın təqdimatında olan verilişdə ekspert qismində Emin Abbasov çıxış eləyib.
Millimizin qapıçısı Kamran Ağayevin “Boavişta”dan ayrılması, Qara Qarayevin Avropa klublarına keçmək ehtimalı, I Divizionda gedən mübarizə və digər mövzularda maraqlı müzakirələr olub.
saytlarin hazirlanmasi