“Qarabağ”ın və milli komandamızın əsas futbolçularından olan Qara Qarayevin bir neçə xarici klubun maraq dairəsində olması barədə xəbər gündəmi zəbt elədi. AFFA rəsmisi Riad Rəfiyevin səsləndirdiyi fikirlərdən sonra Qara Qarayev özü də yaxşı təklif olacağı təqdirdə götür-qoy edəcəyini deyib.
Bu məsələylə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən təcrübəli mütəxəssis mümkün keçid barədə bunları dedi:
“Qara Qarayevlə bu barədə söhbətim olmayıb. Çünki ortada real heç nə yoxdur. Avropa klublarının onunla maraqlanmasına dair xəbərləri saytlardan oxuyuram. Hər hansı klubdan rəsmi təklif gəlsə, o vaxt oturub müzakirə eləyəcəyik. İndiki halda bu barədə nəsə deməyim düzgün deyil”.
saytlarin hazirlanmasi