Eltun Yaqublu: "Səbail" Premyer Liqaya rəng qatacaq"

11:02 - 29 Mart 2017

Artıq deyilib ki, növbəti mövsümdən Premyer Liqada klubların sayı artırılacaq. Hələki I Divizondan hansı komandaların yuxarı qalxacağına aydınlıq gəlməyib. Ancaq hədəfə ən yaxın olan klublardan biri “Səbail”di. Çempionatın ikinci dövrəsini əla keçirən “Səbail” lider “Turan Tovuz”la arasındakı xal fərqini artıq 4-ə endirib.

 

Yarış nəticələri ilə yanaşı, bu klubun strukturu, uşaq futbolu da Premyer Liqada çıxış etmək üçün imkan verir. Sportal.az saytı “Səbail”in hədəfləri ilə bağlı komandanın aparıcı futbolçularından olan Eltun Yaqublunun fikirlərini öyrənib:

 

“İlk növbədə onu deyim ki, qış fasiləsində çox yaxşı transferlər həyata keçirildi. Həm rəhbərlikdə, həm də futbolçularda istək çoxdu. Minimum hədəf 2-ci yeri tutmaqdı ki, artıq bu pilləni ələ keçirmişik. Mənə elə gəlir ki, maksimumu ortaya qoyub çempion da ola bilərik. Klub daxilində Premyer Liqa ilə bağlı müzakirələr aparırıq. Daha çox yerli futbolçulardan təşkil olunmuş perspektivli, gələcəyin komandasını qurmaq istəyirik. Bu strategiya ilə bütün İşlərimizi peşəkar səviyyədə qursaq, istəyimizə çatacağıq. İnanıram ki, “Səbail” Premyer Liqaya rəng qatacaq”.

 

Qeyd edək ki, I Divizionda 22 turdan sonra “Turan Tovuz” 51 xalla liderdi. “Səbail”in 44, “Zaqatala”nın isə 43 xalı var.   

 

Xəbər xətti