“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk işini bəyəndiyi baş məşqçilərin adını açıqlayıb.
Sportal.az xəbər verir ki, ukraynalı çalışdırıcı “Footboom.com”a verdiyi açıqlamada gözləndiyindən daha yaxşı çıxış edən komandaların baş məşqçilərinin işini bəyəndiyini deyib.
52 yaşlı mütəxəssis bildirib ki, “Lester Siti”dən istefaya göndərilən Klaudio Ranyeri və hazırda “Monako”nun “sükanı arxası”nda olan Leonardo Jardimlə görüşməyə hazırdır:
“Mən seçim qarşısında olsam, Klauido Ranyeri və Leonardo Jardimi kofe içməyə dəvət edərdim. Ranyeri “Lester Siti”yə tarixi ərzində ilk dəfə heç kimin gözləmədiyi çempionluğu yaşatdı. Jardim isə Çempionlar Liqasında İngiltərə nəhəngi “Mançester Siti”ni mübarizədən kənarlaşdırdı”.
Qeyd edək ki, hazırda Azərbaycan çempionatında liderlik uğrunda mübarizə aparan Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ” arıdıcıl 3-cü mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək.
saytlarin hazirlanmasi