Sportal.az-ın xəbərləri təsdiqləndi: "Kəpəz" legionerlərini yola saldı

12:38 - 26 May 2017

Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Kəpəz” yerli oyunçular ilə yanaşı, legionerlərlə də bağlı seçimə diqqət ayırır.

 

Sportal.az xəbər verir ki, Gəncə klubu ötən mövsüm komandanın heyətində çıxış etmiş 3 futbolçu ilə başa çatmış müqaviləni uzatmayıb. Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta (Serjinyo) və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb.


Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.

 

“Kəpəz” son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdır. Odur ki, yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir. 

 

Qeyd edək ki, Ebah və Simaitisin "Kəpəz"dən ayrılacağını məlumat vermişdik (http://sportal.az/news/84652http://sportal.az/news/84738).

Xəbər xətti