“Kəpəz”in futbolçusu Tadas Simaitis Gəncə klubundan ayrılacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, litvalı qolkiper əsas heyətdəki yerini itirdikdən sonra bu barədə qərar verib. “Sarı-göylər”lə müqaviləsi başa çatacaq 27 yaşlı əlcək sahibi təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, Simaitis ötən mövsümdən “Kəpəz”də çıxış edir. Tadas bu mövsüm "Kəpəz"in heyətində 24 oyun keçirib.