"Ayaks" "sehrbaz"la müqaviləni uzatdı

00:53 - 10 Avqust 2019

Hollandiyanın "Ayaks" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi 26 yaşlı yarımmüdafiəçisi Hakim Zieşlə müqaviləni uzadıb. Mərakeşli "sehrbaz"la 2022-ci ilin yayına kimi yeni müqavilə imzalanıb.

 

Zieş ötən mövsüm 49 oyuna 21 qol vurub, 24 assist edib.

 

"Ayaks" Mərakeş millisinin üzvünü 2016-cı ildə "Tvente"dən 11 milyon avroya transfer etmişdi.

 

Xəbər xətti