"Şamaxı" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az saytının məlumatına görə, bölgə təmsilçisi qapıçı Stanislav Namaşko ilə yollarını ayırıb. 35 yaşlı moldovalı "əlcək sahibi"nin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Namaşko 2019-cu ilin yayından "Şamaxı"da çıxış edirdi. Təcrübəli qolkiper son mövsümdə komandanın heyətində 27 ymatçda meydana çıxıb.
saytlarin hazirlanmasi