"Şamaxı" yeni transferi açıqladı

18:10 - 6 Avqust 2022

"Şamaxı" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən bölgə təmsilçisi "Səbail"dən Adil Nağıyevi transfer edib.

 

26 yaşlı mərkəz müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Şamaxı"da keçirəcək.

Xəbər xətti