"Qarabağ"ın rəqibi kubok qazandı

11:44 - 8 Dekabr 2022

Konfrans Liqasında “Qarabağ”ın rəqibi olan “Gent” Kornelis kubokunu qazanıb.

Sportal.az xəbər verir ki, Ağdam klubunun rəqibi finalda eyni şəhərin digər təmsilçisi olan "K.R. Gent”i məğlub edib.

“Çillaks Arena”da keçirilmiş görüş “Gent”in 5:0 hesablı qələbəsi ilə başa çatıb.

​Xatırladaq ki, "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə görüşləri fevralın 16-ı və 23-də oynanılacaq.

Xəbər xətti