"Şamaxı" Daşdəmirovla müqavilə imzaladı

15:57 - 10 Dekabr 2022

"Şamaxı" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Rəhman Daşdəmirov daha il yarım komandanın formasını geyinəcək.

Bölgə klubu daha öncə hücumçu Emil Qasımovu heyətinə cəlb edib və digər forvard Rövşən Şahmuradovla müqavilə yeniləyib. 

Xəbər xətti