"Şamaxı" müdafiəçi ilə yollarını ayırdı

15:04 - 31 Dekabr 2022

"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Abdulla Rzayevlə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

20 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Bəhruz Teymurov və Adil Nağıyevin sözləşməsini ləğv edib.

Xəbər xətti