"Yusif İmanov geridə qalan bir ildə çox böyük irəliləyiş əldə edib"

18:35 - 17 Mart 2023

"Millidə oynamaq hər futbolçu üçün fəxrdir. İnanıram ki, bu dəfə dəvət ediləcəm. Dəvət gəlsə və şans qazansam millimizin uğurlu nəticə qazanmasından yana əlimdən gələni edəcəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sabah"ın kapitanı Elvin Camalov deyib.

Yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin Avstriya və İsveçlə görüşü üçün açıqlanacaq heyətdə yer almaq istədiyini bildirib. Bununla yanaşı, futbolçu "Sabah"dan komanda yoldaşı olan, millimizin qarşıdakı görüşlərdə əsas qapıçısı olacağı ehtimal edilən Yusif barədə fikirlərini söyləyib:

"Hamımız Yusifin adına çox sevinirik. O, həqiqətən son bir ildə çox böyük irəliləyiş əldə edib. Komanda daxilində milli barədə danışmışıq. Ona öz məsləhətlərimizi vermişik. Ümid edirəm və inanıram ki, Yusif millidə öz uğurlu çıxışını davam etdirəcək"

Xəbər xətti