"Beşiktaş"ın futbolçusu yoxa çıxıb: "əlaqə saxlaya bilmirik"

20:27 - 22 Mart 2023

"Beşiktaş"ın ingiltərəli futbolçusu Dele Alli milli komandaların oyunları ilə əlaqədar fasilədən istifadə edərək ölkəsinə yollanıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı vingerlə əlaqə saxlaya bilmir. Bu barədə komandanın baş məşqçisi Şenol Güneş məlumat verib: "Dele Alli ilə telefonla əlaqə saxlaya bilmirik. Ümid edirəm qəza keçirməyib. Ondan xəbər almağa çalışırıq".

Qeyd edək ki, "Beşiktaş" Dele Allini mövsümün əvvəlində icarəyə götürmüşdü. Ulduz futbolçu Super Liqa klubunun heyətində meydana çıxdığı 17 matçda 3 qol vurub.

Xəbər xətti