"Barselona"nın futbolçusu millidə zədələndi: 3-4 həftə oynamayacaq

13:58 - 24 Mart 2023

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Andreas Kristensen sıradan çıxıb. 26 yaşlı mərkəz müdafiəçisi Danimarka millisinin Avro-2024-ün seçmə mərhələsinin Finlandiya ilə matçında (3:1) zədələnərək meydanı tərk edib.

Tibbi müayinədən keçən futbolçunun əzələsində yırtıq aşkarlanıb. O, 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Andreas Kristensen mövsümün əvvəlində "Barselona"ya keçib. Müdafiəçi La Liqa klubunun heyətində meydan çıxdığı 25 matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti