Türkiyə mətbuatı: "Mahiri mərkəz hücumçusu kimi oynadacaq, yoxsa cinahda şans verəcək bilinmir"

18:35 - 23 May 2023

Türkiyə mətbuatı Superliqanın 36-cı turunun "Sivasspor"la qarşıdakı oyununda "Konyaspor"un hücum xətti müzakirə edərkən Mahir Emreli də diqqət çəkib.

Sportal.az xəbər verir ki, "Yeni Haber" millimizin hücumçusunun növbəti turdakı görüşdə hansı mövqedə oynayacağı barədə bunları yazıb:

"Son matçda Aleksandr Stanoyeviç bir müddət cinahda oynamayan Mixalyaka şans verdi. Onun özü də, özündən razı qalmışdı. "Konyaspor" bu mövsüm ilk dəfə idi topu rəqibə verərək, sürətli əks-hücumlarda oynadı. Onlar topu "Alanyaspor" müdafiəçilərinin arxasından hücumçularına ötürərək qol şansları yaratmağa çalışırdı. Ona görə də, Stanoyeviçin qarşıdakı turda hansı taktikanı seçəcəyi məlum deyil. O, Mahir Emrelini mərkəz hücumçusu kimi oynadacaq, yoxsa cinahda şans verəcək, hələ bilinmir".

“Sivasspor" - "Konyaspor" matçı mayın 30-da keçiriləcək.

Xəbər xətti