"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin ilk turunda doğma meydanda "Kopenhagen"i qəbul edəcək.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 50 yaşlı mütəxəssis hədəflərinin qrupdan çıxmaq olduğunu bildirib:
"İlk hədəfimiz qrupdan çıxmaqdır. Hər matç çətin olacaq. Bütün oyunlar bizim üçün önəmlidir. Qarşımızda çox yaxşı rəqib var. "Kopenhagen" gənc, qaçan və mübarizə aparan komandadır. Öz çempionatlarında son iki mövsümün qalibi olublar. Məqsədimiz qələbə qazanmaqdır. Mən də, futbolçularım da hazırdır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Qeyd edək ki, "Qalatasaray" - "Kopenhagen" qarşılaşması sabah Bakı vaxtilə saat 20:45-də baş tutacaq.
saytlarin hazirlanmasi