U-21 yığmamız AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti görüşünü Ukraynaya qarşı keçirəcək.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan oyununun hakimləri açıqlanıb.
22:00-da start veriləcək oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim: İrakli Kvirikashvili
Baş hakimin köməkçiləri: Giorgi Elikashvili, Davit Chigogidze
Dördüncü hakim: Giorgi Avazashvili