"Güclü rəqibi məğlub etməyi bacardıq. "Zenit" kimi komandaya qalib gəlmək hər zaman xoşdur. Düzü, oyunqabağı hansısa xüsusi motivasiyam yox idi. Sadəcə olaraq, bu cür komandaya qarşı oynamaq xoşdur. Onlara qol vurmaq isə daha da yaddaqalandır. Qələbə dəyərli idi. Artıq bu oyun geridə qaldı və biz Premyer Liqanın qarşıdakı turuna hazırlaşacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin legioneri Reziuan Mirzov deyib.
Dünən “Zenit”ə qarşı keçirilmiş yoxlama matçında komandasının iki qolunu da vuran rusiyalı fikirlərinə bu cür davam edib:
"Oyundan öncə keçirilmiş mətbuat konfransında qol vuracağımı söz verdim. Bunu da etdim. Ona görə də sevinirəm. Amma bunu hər zaman etmək olmur. Komandaya daim xeyir verməyə çalışıram. Ümidvaram ki, qarşıdakı matçlar da uğurlu alınacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi