"Əl-İttihad"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Marselo Qalyardo Səudiyyə Ərəbistanı klubunda işləyəcək.
Argentinalı adıçəkilən klubla ilyarımlıq müqavilə imzalayacaq. Maraqlıdır ki, komandanın aparıcı üzvləri Kərim Benzema və Nqolo Kantenin də Qalyardo haqda fikirləri müsbət olub deyə, rəhbərlik onu bu posta təyin etmək qərarına gəlib.
Amma nəticələrdən asılı olaraq, onun müqaviləsi 2027-ci ilə qədər artırıla bilər. Qalyardo “River Pleyt”lə iki dəfə Libertadores Kubokunu,üç dəfə Argentina kuboku və bir dəfə Argentina çempionluğunu qazanıb. “Əl-İttihad” hazırda Səudiyyə Ərəbistanı çempionatında 5-ci pillədədir.