"İnter" Matteo Darmianı komandadan buraxmaq istəmir.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, italiyalı müdafiəçi yeni müqaviləyə əsasən 2025-ci ilə qədər "nerazzura"ya məxsus olacaq.
Milan təmsilçisi 33 yaşlı futbolçunun performansına görə onunla razılığa gəlmək istəyir.
Darmian bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.