Canni De Byazi azərbaycanlı jurnalistləri təhqir etdi

09:18 - 20 Noyabr 2023

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.

Sportal.az "nieuwsblad.be" saytına istinadən xəbər verir ki, italiyalı ona verilən "Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsız?" sualını belə cavablandırıb: 

"Əlbəttə, yox. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Ancaq axmaq suallar verirlər və axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrariyə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər".

Canni tərcrüməsindən xahiş edib ki, həmin fikirləri tərcümə etsin və belədə, belçikalı jurnalistlər də bunu başa düşsünlər. İtaliyalı daha sonra mətbuat konfransını tərk edib.

Xəbər xətti