Belçika millisinin hücumçusu Romelu Lukaku Azərbaycanla oyunundakı (5:0) qollarına görə Avropa çempionatının seçmə mərhələsində yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı belçikalı millimizlə görüşdə poker edib ki, bu da onun seçmə mərhələdəki qollarının sayının 14-ə yüksəlməsinə səbəb olub.
Lukaku AVRO-2008-in seçmə mərhələsində şimal irlandiyalı David Hili və AVRO-2016-nın seçmə mərhələsində polşalı Robert Levandovskinin hərəyə 13 qol vurduğu rekordunu qırıb.
Hazırda ən yüksək göstərici məhz Lukakuya məxsusdur. O, Azərbaycanla görüşdə 17, 26, 30 və 37-ci dəqiqədə fərqlənib.
saytlarin hazirlanmasi