"Mançester Yunayted"in müdafiəçisi Almaniyaya yollana bilər

14:17 - 21 Noyabr 2023

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan “Bavariya”ya keçə bilər.

Sportal.az “ZDF”ə istinadən xəbər verir ki, almaniya klubu futbolçunun transferinin mümkünlüyünü götür-qoy edir.

Varanın maaşına görə transferin baş tutması real görünmür.

Almaniya çempionu yaxın həftələrdə Rafaelin agenti ilə maaş məsələsini yenidən müzakirə edəcək. Ən pis halda Münhen klubu onu icarəyə götürməyi düşünür.

Xəbər xətti