"Beşiktaş"ın sabiq futbolçusu Ermənistan Futbol Federasiyasının prezidenti olmaq istəyir

16:34 - 21 Noyabr 2023

"Beşiktaş"ın sabiq futbolçusu Araz Özbilis Ermənistan Futbol Federasiyasının prezidenti olmaq istəyir.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda “Urartu”da oynayan Özbiliz aktiv futbolçu karyerasını bu həftə başa vurmağı planlaşdırır.

O, bu barədə çərşənbə günü açıqlama verməyi planlaşdırır. Özbiliz bundan sonra Ermənistan Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürəcək.

Türkiyədə dünyaya gəlmiş Araz karyerası ərzində “Ayaks”, “Kuban”, “Spartak”(Moskva), “Beşiktaş”, “Rayo Valyekano”, “Şerif”, “Villem II” klublarında, həmçinin Ermənistan millisində oynayıb.

Qeyd edək ki, hazırda EFF-nin prezidenti Armen Melikbekyandır. 

Xəbər xətti