Belçika milli komandasının hücumçusu Leandro Trossard AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun son matçında Azərbaycan yığması üzərində qazandıqları qələbəni (5:0) şərh edib.
Sportal.az "HBvL"ə istinadən xəbər verir ki, "Arsenal"ın futbolçusu millimizlə görüşdə qol vurmasına görə sevindiyini bildirib:
"Qol vurmaq həmişə xoşdur. Neçə vaxtdır ki, qol vurmaq üçün belə fürsət axtarırdım. Bunu final fitindən əvvəl bacarmağım xüsusilə xoşdur. Təbii ki, bundan əvvəl də fərqlənmək istəyərdim, imkanım da az deyildi. Azərbaycanla oyunda fərqlənə bildim. Buna görə şad oldum".