Millinin üzvü: "Federasiyadakılar futboldan kənar adamlardır, xarici gəzmək üçün yollanırlar"

15:34 - 21 Noyabr 2023

Cəbəllütariq millisinin adının açıqlanmasını istəməyən futbolçularından biri millidəki problemlərdən danışıb.

Sportal.az xəbər verir ki, yerli jurnalistlərdən biri ilə danışan və adı açıqlanmasa da, dediklərinin yazılmasını istəyən cəbəllütariqli futbolçu artıq bir neçə aydır millidə mənfi atmosferin hökm sürdüyünü söyləyib: 

"Əksər oyunçuların artıq Ribasa ehtiyacı yoxdur. Futbolumuzda özümüzü məhdudiyyətli hiss edirik. Federasiyadakılar, orada yuxarıda olanlar komanda ilə maraqlanmır. Sadəcə, bizimlə birlikdə pulsuz tətilə yollanırlar. Xarici gəzmək üçün gəlirlər. Onlar futboldan kənar adamlardır. Həm federasiyaya, həm də milliyə yeni qan lazımdır. Bəzi oyunçular Ribasdan daimi təhdidlər alır. Klublarımız bizi vaxtından əvvəl buraxmasa, o bizi seçmir, futbolçulara zəng edib müəyyən klublarla müqavilə bağlamağı məsləhət görür, bəzilərinə deyir ki, köksən. Qəribə vəziyyət hökm sürür".

Qeyd edək ki, Cəbəllütariqin baş məşqçisi 2018-ci ildən komandanı çalışdıran Xulio Sezar Ribasdır. 

Xəbər xətti