"Zenit"in futbolçusu: "Ola bilər ki, nə vaxtsa özüm yenidən Bakıya yollandım"

16:48 - 21 Noyabr 2023

Rusiyanın "Zenit" klubunun yarımmüdafiəçisi Aleksey Sutormin "Neftçi" ilə yoldaşlıq oyunu (1:2) və ümumilikdə Bakı səfəri barədə təəssüratlarını bölüşüb. Sportal.az xəbər verir ki, "Matç TV"yə danışan rusiyalı Ruslan Abışov haqda da danışıb.

- "Neftçi"yə qarşı matç haqda nə deyəcəksən?

- Oyun çətin keçdi. “Neftçi” yaxşı futbol nümayiş etdirdi. Rəqibin çox iddialı və əzmkar olduğu aydın görünürdü. Bizim şanslarımız oldu. Təəssüf ki, epizodları qolla reallaşdıra bilmədik. Buna görə də “Neftçi” qalib gəldi.

- "Zenit" "Neftçi Arena"da ilk dəfə idi meydana çıxırdı. Ab-havası necə idi?

- Rahat idi və mənə bir növ Orenburqdakı stadionu xatırladırdır. Atmosfer də xoş oldu. Lakin sanki meydança həmişəkindən daha kiçik görünürdü. Ümumilikdə, yaxşı şərait var idi.

- Matçdan əvvəl “Zenit” Bakı ətrafında gəzintiyə çıxmışdı. Hansı təəssüratınız oldu?

- Yaxşı. Bakı gözəl şəhərdi. Ola bilər ki, nə vaxtsa özüm yenidən Bakıya yollandım. 

- Matçın əvvəli “Neftçi”nin əfsanəvi Ruslan Abışovun futbolla vidalaşmasına görə yarımçıq dayanmışdı...

- Bu barədə əvvəlcədən bilirdik. Çünki kapitanımız Duqlas Santos belə mərasimin olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Yaxşı addımdır. Məncə, Ruslanın belə bir oyunda futbolla vidalaşması xoş oldu.

Xəbər xətti