16-34 “Real”ın keçmiş futbolçusu Xames Rodriqes bildirib ki, vaxtı ilə PSJ və ya "Mançester Siti" klublarından birinə keçə bilərmiş.
Sportal.az xəbər verir ki, “Madrid Xtra”ya danışan kolumbiyalı həmin anları belə xatırlayıb:
“PSJ və "Mançester Siti" məni transfer etmək istəyirdilər - daha çox pul təklif etdilər, amma Florentino Pereslə söhbətdən sonra "Real"ı seçdim. Məndən soruşdu: "Pul istəyirsən, yoxsa şöhrət?" Mən ikinciyə üstünlük verdiyimi dedim, o da işin həll olunduğunu söylədi. “Real”da oynamağı çox istəyirdim. Həm də, həqiqətən bu komandanı şöhrət üçün seçmişdim".
"Sao Paolo"nun 32 yaşlı futbolçusu 2014-2020-ci illərdə "Real"da çıxış edib.
saytlarin hazirlanmasi