İlin sonunda AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilə bilər.
Sportal.az saytına verilən məlumata görə, iclasın dekabrın ikinci yarısında baş tutacağı gözlənilir.
Həmin toplantıda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün İcraiyyə Komitəsi tərəfindən bir müddət əvvəl yaradılmış işçi qrupunun fəaliyyəti müzakirə olunacaq.
Gələn ilin martında keçirilməsi nəzərdə tutulmuş AFFA-nın hesabat-seçmə konfransının vaxtı da məhz bu aykı iclasda müəyyənləşəcək.
saytlarin hazirlanmasi