"Dinamo"nun (Mahaçqala) prezidenti Hacı Hacıyev komandanın baş məşqçisi Qurban Berdıyevin Azərbaycan milli komandasına mümkün baş məşqçi təyinatını dəyərləndirib.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan təcrübəli futbol adamı Berdıyevin millimizin baş məşqçi postuna gətirilməsi ilə bağlı çıxan xəbərləri də təkzib edib:
"Azərbaycan millisi haqda nə deyə bilərəm? Mən Mahaçqalada işləyirəm və AFFA-da nə baş verdiyindən xəbərim yoxdur. Heç bir danışıq olmayıb. Mən bunu Qurban Berdıyev və ya başqası ilə müzakirə etmək fikrində deyiləm. O, öz baxışları və düşüncələri olan müstəqil insandır. Qurban Berdıyev istəsə, Azərbaycana gedəcək. Bu onun haqqıdır. Burada mənlik nəsə var? Berdiyevin "Dinamo" ilə müqaviləsi varmı? Bu müqavilə o demək deyil ki, Berdıyev bizə zəncirlənib. Onun istədiyi yerə və istədiyi vaxt sərbəst getmək hüququ var. Onu qandallamaq fikrimiz yoxdur".
saytlarin hazirlanmasi