Türkiyədə Azərbaycan derbisi yaşandı, qalib müəyyənləşmədi

22:34 - 11 Fevral 2024

Türkiyədə birinci liqanın 22-ci turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor"u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hər iki futbolçumuz meydana start heyətində daxil olub.

Vüsal 62-ci, Ramil isə 80-ci dəqiqədə əvəzlənib.

"Kocaelispor" 43 xalla 3-cü, "Boluspor" isə 33 xalla 8-ci pillədədir. 

Xəbər xətti