Çempionlar Liqası: "İnter" "Atletiko"nu, PSV "Borussiya"nı qəbul edir

10:33 - 20 Fevral 2024

Bu axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam etdiriləcək.

Sportal.az xəbər verir ki, bu mərhələnin daha iki matçı baş tutacaq.

"İnter" Milanda "Atletiko"nu sınağa çəkəcək. Niderlandda isə PSV "Borussiya" ilə üz-üzə gələcək.

Bu komandaların cavab görüşü martın 13-də keçiriləcək.

Ötən həftə bu mərhələnin daha 4 matçı baş tutub:
PSJ - "Real Sosyedad" 2:0
"Latsio"- "Bavariya" 1:0
"Kopenhagen" - "Mançester Siti" 1:3
"Leyptsiq" - "Real" 0:1

UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar

00:00 "İnter" (İtaliya) - "Atletiko" (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, "Cüzeppe Meatsa" stadion.

00:00 PSV (Niderland) - Borussiya (Dortmund, Almaniya)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Eyndhoven, "Filips" stadionu.

Xəbər xətti