"Milan" "Fənərbaxça"nın futbolçusunu transfer etmək istəyir

17:58 - 20 Fevral 2024

"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, polşalı yarımmüdafiəçinin xidmətində "Milan" maraqlıdır. Biu barədə "Fichajes" nəşri məlumat yayıb.

İtaliya nəhəngi Şimanski üçün yayda İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq. 24 yaşlı futbolçu ilə Leverkuzen "Bayer"i də maraqlanır.

Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva "Dinamo"sundan transfer edib. Polşa millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 12 qolo və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.

Xəbər xətti