"Qəbələ" Elmar Baxşıyevlə yollarını ayırdı

12:13 - 24 Fevral 2024

"Qəbələ" komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib.

"Qəbələ" onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. Baxşıyev komandaya 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunu qazandırıb.

Xəbər xətti