Rusiya millisinin məşqçisi: "Xaricdəki qapıçılarımız arasında Lunyov ən güclüsüdür"

21:18 - 24 Fevral 2024

Rusiya milli komandasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov “Qarabağ”ın qapıçısı Andrey Lunyovun uğurlu çıxışından danışıb.

Sportal.az “championat.com”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qolkiperin “Braqa” ilı görüşdəki performansını dəyərləndirib:

“Braqa” ilə oyundan sonra Andrey Lunyovla danışdıq və onu təbrik etdim. Onlar Azərbaycan üçün böyük iş gördülər: Avropa Liqasının 1/8 final mərhələsi yerli komanda üçün böyük uğurdur. "Braqa"nı keçmək çox çətin idi, amma "Qarabağ"ın oyunçuları əla oynadılar. Lunyov seyvləri ilə növbəti mərhələyə adlamaq yolunda “Qarabağ”a böyük töhfə verdi. Mən Andreyi “Ufa”dakı karyerasının əvvəlindən tanıyıram. Ola bilsin ki, razılaşmasın, amma məncə, bu, onun karyerasının ən yaxşı dövrüdür. Lunyovu digər rusiyalı qapıçılarla müqayisə etmək düzgün olmazdı, çünki biz avrokuboklarda çıxış etmirik. O, Avropa Liqasının simvolik komandasına daxil edildi ki, bu da yaxşı haldır. Xaricdəki qapıçılarımız arasında Andrey Lunyov ən güclüsüdür".

Xəbər xətti