"Baş tutmayan transferlərdən bezdim və Səudiyyə Ərəbistanına getdim"

17:08 - 27 Fevral 2024

"Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neves xarici mətbuata açıqlamalar verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanına getmədən öncə "Arsenal" və "Barselona"dan təklif aldığını bildirib:

"Üç kluba transfer olmağa çox yaxın idim, amma baş tutmadı. Bu da məni məyus etdi və "Əl-Hilal"a keçmək qərarı verdim. "Barselona"nın məni transfer etmək istəməsi ilə bağlı xəbərlər doğru idi. "Arsenal" kimi onlarla da danışıq apardım. İngiltərədən kənarda başqa bir klubdan da maraq var idi. Daha sonra qarşıma yaxşı fürsət çıxdı. Qəbul edib-etməyəcəyimlə bağlı şübhəm yox idi. Baş tutmayan transferlərdən bezdim və Səudiyyə Ərəbistanına getdim".

Qeyd edək ki, "Əl-Hilal" Ruben Nevesi 2023-cü ilin yayında "Vulverhempton"dan 55 milyon avro qarşılığında transfer edib. 27 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti