Ulduz futbolçu karyerasını bərpa edir

22:40 - 27 Fevral 2024

Ürəyində yaranan problemı görə karyerasını bitirən Serxio Aquero yenidən futbola qayıda bilər.

Sportal.az xəbər verir ki, həkimlər Argentina millisinin sabiq üzvünə futbol oynamasına icazə verib. 35 yaşlı forvard yetirməsi olduğu "İndependiente" klubu ilə birlikdə məşqlərə başlayacaq.

Qeyd edək ki, Serxio Aquero 2021-ci ilin yayında "Mançester Siti" ilə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Barselona"ya keçmişdi. Ulduz futbolçu həmin ayın dekabr ayında karyerasını başa vurub.

Xəbər xətti