Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək yığma ilə qarşılaşacaq

10:51 - 4 Mart 2024

Azərbaycan milli komandası Albaniya millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Sportal.az “Pamfleti”yə istinadən xəbər verir ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində baş tutacaq.

Matça Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Albaniya yığması üçün bu, Almaniyada keçiriləcək AVRO-2024-ün başlamazdan əvvəl sonuncu yoldaşlıq oyunu olacaq.

Qeyd edək ki, Albaniya millisi İspaniya, İtaliya və Xorvatiya ilə birlikdə B qrupunda yer alacaq.

Xəbər xətti