Ronaldonun komanda yoldaşı üçün mövsüm erkən bitdi

19:32 - 5 Mart 2024

Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, komandanın hücumameyilli yarımmüdafiəçisi Anderson Talişka sıradan çıxıb. Bu barədə braziliyalı futbolçu özü məlumat verib.

Ön xətt oyunçiusu ayaq əzələsindən zədə alıb. O, mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Anderson Talişka 2021-ci ilin yayından "Əl-Nəssr"də çıxış edir. 30 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti